TOCA Residence yaşayış kompleksi

Bakı
ID #12314
QR CODE
1750 AZN
Vəziyyəti : Yeni
Elan növü: Satiş
TOCA Residence yaşayış kompleksi
Bakı,
Yeniləndi: 1 həftə öncə

Təsvir

TOCA Residence yaşayış kompleksi
TOCA Residence yaşayış kompleksi dəniz səviyyəsindən 25 m hündürlükdə, Bakı Ağ Şəhər-in 8 mərtəbəli yaşayış kvartalından ibarət və tikili sıxlığı aşağı olan mərkəzi hissəsində, Qarabağ Atları meydanında yerləşir. Ərazini qərb və şərq hissəsinə ayıran, Mərkəzi prospektin ortasında yerləşən, zərif heykəltaraşlıq nümunələri ilə bəzədilmiş meydan bu rayonun qəlbidir. Kompleksin əlverişli yerləşməsi Ağ Şəhərdən Babək və Nobel prospektlərinə rahat keçidi təmin edərək, oradan eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdırır. Babək rayonunun şimal hissəsində – Babək prospekti boyunca 4 çıxışı olan yeni metro stansiyası planlaşdırılıb. Qonşuluqda layihələndirilmiş orta məktəblər, parklar, müasir biznes və ticarət mərkəzləri TOCA Residence yaşayış kompleksini yaşamaq və investisiya üçün ən rahat və cəlbedici yerlərdən birinə çevirir.

Üstünlüklərimiz:

7 mərtəbəli premium yaşayış kompleksi
Hər mərtəbədə cəmi 2-3 mənzil
Hər iki tərəfə çıxışı olan, rahat planlanmış mənzillər
Tavanların hündürlüyü – 3.30 m
“Schüco” şirkətinə məxsus 3 laylı şüşə paketlər
Türkiyənin "EGE SERAMİK" şirkətinə məxsus keramoqranit plitələr ilə üzlənmiş, gözəl və dəbdəbəli, ventilyasiya olunan fasad
2,4 metr enində, Almaniya istehsalı "Schüco" pəncərələri
Mərmər ilə üzlənmiş, eni 2,7 metr olan geniş pilləkən aşırımları və pilləkən meydançaları
İkimərtəbəli yeraltı avtodayanacaq
Avtodayanacaqdan liftlərə çıxış
Səssiz və sürətli liftlər ("Kone", "Schindler")
Fitnes mərkəzi və SPA
Ağıllı ev sistemi (Smart Home)
Geniş uşaq meydançası və Grill Zone
Velosipedlər üçün dayanacaq
Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və istilik sistemləri üçün ventilyasiya olunan xüsusi servis eyvanları
Fərdi istilik sistemi üçün qaz təchizatı
Rəqəmsal TV, internet və telefon sistemləri
Videomüşahidə nəzarəti altında olan avtomatlaşdırılmış yanğın təhlükəsizliyi sistemi
Türkiyə istehsalı olan, keyfiyyətli giriş qapıları
24/7 texniki xidmət
Satış şərtləri:

Nağd alış zamanı endirim imkanı
Daxili kredit: 30% ilkin ödəniş etməklə qalan məbləği 36 ay müddətinə tam faizsiz ödəmə imkanı
Başa çatır: 2021-04-21 19:27:42

Yerləşdiyi yer

Bakı

 

Əlaqə

    Seller's picture
    Fiziki şəxs
    Qeydiyyatdan keçib 11. Jan 2021

    Suallar

    1750 AZN
    Əlaqə (050) 210-2xxxx

    Reklam