Korporativ və topdan satış üzrə menecer köməkçisi
Bakı
ID #12334

800 AZN
Korporativ və topdan satış üzrə menecer köməkçisi
Bakı,
Yeniləndi: 5 gün öncə
Təsvir
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Korporativ və topdan satış üzrə menecer köməkçisi
Vəzifə öhdəlikləri:
• 1 C programı üzərindən satış və digər əməliyyatları həyata keçirtmək;
• Potensial müştəri və tender axtarışını həyata keçirtmək;
• Yeni korporativ və topdan müştəriləri cəlb etmək;
• Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə əlaqəni qurmaq və görüşləri təyin etmək;
• Müraciət edən müştərilərlə əlaqə saxlayıb, sorğularını qəbul etmək;
• Hesabatları hazırlamaq.
Tələblər:
• Ali təhsil;
• Korporativ satış sahəsində təcrübə arzu olunandır;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli;
• İnsanlarlarla ünsiyyət və münasibət qurmaq bacarığı;
• Məsuliyyətli və inkişafa meyilli olmalı;
• Stresə davamlı olmalı.
İş barədə məlumat:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı: 800 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Əlavə məlumat
Başa çatır: 2021-03-14 16:26:52
Yerləşdiyi yer
Bakı
Suallar