Azerbaijan AZ

Qaydalarımız

Qaydalarımız - Elanların verilməsi qaydaları

Ticarət məkanından hər kəsin bərabər şərtlər çərçivəsində istifadə etməsinin təmin olunması məqsədilə, elan verməzdən əvvəl http://bakuelan.com/-ın qaydaları ilə tanış olmaq zəruridir.

Ümumi qaydalar:

  • Elan doğru kateqoriyada yerləşdirilməlidir;
  • Hər əmtəə üçün yalnız 100 elan verməlisiniz;
  • Elanın müddəti bitənə qədər (30 gün) silib, yenidən yerləşdirmək qadağandır;
  • Yalnız bir qeydiyyat hesabı ilə daxil ola bilərsiniz;
  • Qadağan olunmuş əmtəə satışı ilə məşğul olmamalısınız.

Elanın başlığı və mətni

  • Əmtəə haqqında mətnin başlığı və onun məzmunu latın hərfləri ilə tərtib olunmalıdır, translitdən istifadə- rus sözlərinin latın hərfləri ilə yazılması qəti qadağandır;
  • Başlıqda ancaq əmtəənin adı göstərilməlidir;
  • Əmtəənin təsvirində əlaqə telefonunun, sayt ünvanlarının (facebook, instagram linkləri daxil olmaqla) göstərilməsi qadağandır;
  • Şəkillərdə sayt ünvanlarının (facebook, instagram linkləri daxil olmaqla), loqotiplərin göstərilməsi qadağandır;
  • Elanda http://bakuelan.com/-ın siyasətinə zidd (erotika, ədəbsiz ifadələr və.s) məzmun olmamalıdır;
  • Elanın mətni uyğunsuz məzmundan ibarət olmamalıdır.
  • Elanların böyük hərflərlə doldurulması qadağandır ("Caps Lock" qoşulmuş vəziyyətdə)

Qiymət

  • Yalnız məhsulu satmaq istədiyiniz qiyməti göstərin;
  • Qiymətləri çox qaldırmayın, ucuz məhsul daha tez satılır.

Əlaqə

  • Elanda göstərilən ad həqiqətə uyğun olmalıdır;
  • Başqa bir şəxsin telefon nömrəsi, elektron ünvanı və ya əlaqə vasitələrini göstərmək olmaz.

Əgər sizin elanınız və ya uçot qeydiniz əngəllənibsə, bu o deməkdir ki, siz qaydaları pozmusunuz. Əngəlləmənin ümumi səbəbləri ilə burada tanış ola bilərsiıniz.

Əgər siz hesab edirsinizsə ki, əngəlləmə səhvən baş verib, özünüz Şəxsi kabinetinə daxil olaraq istədiyiniz səhvi düzəldə bilərsiniz və ya əlaqə telefonu (1-5-ci günlər, Bakı vaxtı ilə saat 10:00-dan 19:00-dək) və ya e-mail ünvanı vasitəsilə Dəstək xidmətinə müraciət edə bilərsiniz.

Mövcud qaydaların əlavə edilməsi və yenilənməsi ticarət meydançasına məxsusdur.

Administrasiya saytda yerləşdirilən reklam bannerləri və elanların məhsullarının məzmununa görə məsuliyyət daşımır